“Rəqəmsal bacarıqlar artıq zərurətdir”
14 May 20:12
14 May 20:12
14 May 20:11
09:33
686
Mayın 15-nə olan məlumata görə, Kiyevin Darnitsa rayonunda Rusiyanın endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 24 nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti (DSNS) məlumat yayıb.
"398 nəfərə psixoloji yardım göstərilib. Kinq mütəxəssisləri 2800 kv. m ərazini müayinə ediblər. 3180 kubmetr tikinti konstruksiyalarının qalıqları ərazidən çıxarılıb. Xilasedicilər Darnitsa rayonundakı binada axtarış-xilasetmə işlərini fasiləsiz davam etdirirlər. Kiyev üzrə ümumilikdə 47 nəfər xəsarət alıb ki, onlardan 2-si uşaqdır. 30 nəfəri xilas etmək mümkün olub", — deyə Ukrayna xidmətinin məlumatında bildirilir.
Xatırladaq ki, mayın 14-nə keçən gecə Rusiya Ukrayna paytaxtına raket və dronlarla hücum həyata keçirib.
Məryəm Quliyeva