14 May 20:12
14 May 20:11
10:16
574
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın da iştirak etdiyi “Ticarətə Dəstək və İnklüziv Yaşıl Artım 2026–2028” adlı regional texniki yardım layihəsinə ümumilikdə 259,4 min ABŞ dolları məbləğində qrant ayırıb.
“APA-Economics” xəbər verir ki, bu barədə ADB-dən bildirilib.
Məlumata görə, layihənin maliyyələşməsinin 112,5 min ABŞ dolları ADB-nin Texniki Yardım Xüsusi Fondu (Technical Assistance Special Fund), 146,9 min ABŞ dolları isə Avstraliya hökuməti tərəfindən təmin edilir.
Layihə Azərbaycan da daxil olmaqla Asiya və Sakit Okean regionu ölkələrində ticarət siyasətinin təkmilləşdirilməsi, rəqəmsal ticarətin inkişafı, yaşıl iqtisadi artımın təşviqi və regional inteqrasiyanın gücləndirilməsinə yönəlib.
Texniki yardım çərçivəsində analitik hesabat hazırlanacaq, regional seminarlar keçiriləcək və iştirakçı ölkələrin dövlət qurumlarının institusional potensialının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.
ADB qeyd edib ki, təşəbbüs inkişaf etməkdə olan üzv ölkələrin qlobal və regional dəyər zəncirlərinə inteqrasiyasını gücləndirməyə, ticarət xərclərini azaltmağa və inklüziv iqtisadi artımı dəstəkləməyə xidmət edəcək.
Qeyd edək ki, layihədə Azərbaycanla yanaşı Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ADB üzv ölkələri iştirak edir.