Reuters: İsrail və Livan Vaşinqtonda məhsuldar danışıqlar aparıblar Dünya

Reuters: İsrail və Livan Vaşinqtonda məhsuldar danışıqlar aparıblar

Birləşmiş Ştatlar cümə axşamı Vaşinqtonda İsrail və Livan arasında keçirilən danışıqları "məhsuldar və müsbət" kimi xarakterizə edib. Dövlət Departamentinin rəsmisi münaqişənin dayandırılmasına yönəlmiş müzakirələrin cümə günü də davam edəcəyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Daha əvvəl yüksək rütbəli Livan rəsmisi bildirmişdi ki, üzbəüz danışıqlarda Livan ABŞ-ın müttəfiqi olan İsraildən atəşkəs tələb edəcək. Bu ərəfədə, ötən ay ABŞ-ın dəstəyi ilə elan edilmiş barışığa baxmayaraq, İsrail və İran tərəfindən dəstəklənən "Hizbullah" qarşılıqlı zərbələr endirməyə davam edir.

İsrail hökumətinin nümayəndəsi isə bəyan edib ki, danışıqlar "Hizbullah"ın tərksilah edilməsi və sülh sazişinin əldə olunması məqsədi daşıyır. Dövlət Departamentinin rəsmisi əlavə edib ki, ABŞ rəsmilərinin iştirakı ilə Livan və İsrail elçilərinin görüşü səkkiz saat davam edib.

Məryəm Quliyeva