7 İyul 15:54
15 May 09:09
1 953
Bu gün Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, mayın 15-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq "Liman" yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq.
Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi, saat 14:00-dan 16:00-dək Qumbaşı, Şirinquyu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
7 İyul 21:15
1 449
7 İyul 17:47
1 386
7 İyul 17:21
1 379