Zaxarova Almaniya ilə dialoqun bərpa olunması şərtlərini açıqlayıb Gündəm

Zaxarova Almaniya ilə dialoqun bərpa olunması şərtlərini açıqlayıb

Rusiya və Almaniya münasibətlərinin gələcəyi barədə danışıqlar yalnız Berlin Rusiya vətəndaşlarına qarşı terror aktlarını pislədikdən və beynəlxalq terrorizmi maliyyələşdirməyi dayandırdıqdan sonra mümkündür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) bəyanat verib.

"Mənə elə gəlir ki, yalnız bu halda biz Almaniya ilə münasibətlərin bərpası mövzusunda ümumiyyətlə, hər hansı bir şəkildə, hətta sözdə belə xəyal qura bilərik", — deyə Zaxarova bildirib.

Məryəm Quliyeva