"Çelsi"nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib İdman

"Çelsi"nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

İngiltərənin"Çelsi" futbol klubunun tarixində ən məhsuldar ikinci futbolçu olan Bobbi Tamblinq 84 yaşında vəfat edib.

Bu barədə "Sky Sports" məlumat yayıb.

Məlumata görə, sabiq hücumçu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bobbi Tamblinq 1959-1970-ci illərdə "Çelsi"nin heyətində çıxış edib. O, London təmsilçisinin formasında 202 qol vuraraq klub tarixinin bombardirləri siyahısında ikinci yerdə qərarlaşıb. 1965-ci ildə "Çelsi" ilə İngiltərə Liqa Kubokunu qazanan Tamblinq klubun tarixində ən yaddaqalan futbolçulardan biri hesab olunur. O, karyerası ərzində digər İngiltərə və İrlandiya klublarında da çıxış edib. Tamblinq 1974-cü ildə "Cork city" ilə İrlandiya çempionu olub.