İran Oman körfəzində ABŞ esmineslərinə xəbərdarlıq atəşi açdığını açıqlayıb​​​​​​​ Dünya

İran Oman körfəzində ABŞ esmineslərinə xəbərdarlıq atəşi açdığını açıqlayıb​​​​​​​

İran Silahlı Qüvvələri Oman körfəzi akvatoriyasında yerləşən ABŞ-ın iki esminesinə doğru xəbərdarlıq atəşi açıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası ordusunun bəyanatında deyilir.

"Mehr" agentliyinin yaydığı mətnə əsasən, İran hərbçiləri "raket və pilotsuz uçuş aparatları ilə xəbərdarlıq buraxılışları" həyata keçirib, nəticədə esmineslər "Oman körfəzini tərk edərək Hind okeanına doğru istiqamət almaq məcburiyyətində qalıblar".

İran ordusundan əmin ediblər ki, "ehtiyac yaranacağı təqdirdə ABŞ gəmilərinə qarşı daha uzaqmənzilli raketlərdən istifadə etməyə hazırdırlar".

Məryəm Quliyeva