Əfqanıstanda Pakistanın hava hücumları nəticəsində 13 nəfər həlak olub Gündəm

Əfqanıstanda Pakistanın hava hücumları nəticəsində 13 nəfər həlak olub

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın Kunar, Xost və Paktika vilayətlərinə zərbələr endirib, bu isə 13 dinc sakinin ölümünə səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Taliban" hökumətinin sözçüsü Zabihulla Mücahid bəyan edib.

"Ötən gecə Pakistan hərbçiləri növbəti dəfə Əfqanıstanın hava məkanı sərhədlərini pozaraq Kunar, Xost və Paktika vilayətlərindəki yaşayış evlərini bombalayıblar. Bu hücumlar nəticəsində 11 uşaq, 1 qadın və 1 yaşlı kişi həlak olub, daha 14 qadın və uşaq isə yaralanıb", — deyə o, "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva