ABŞ dörd ölkənin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib Dünya

ABŞ dörd ölkənin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

ABŞ administrasiyası İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) daşınan zenit-raket komplekslərinin (MANPADS) tədarükünə görə Belarus, Honkonq, Çin və İrandan olan 12 şirkətə qarşı sanksiyalar tətbiq edib və ya mövcud sanksiyaların əhatə dairəsini genişləndirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

Xüsusilə, ABŞ Maliyyə Nazirliyi iki İran vətəndaşına, dörd Çin sakininə, Honkonqun üç və materik Çinin bir şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, bir İran vətəndaşına, həmçinin Belarus və İrandan olan iki şirkətə qarşı qüvvədə olan sanksiyalar genişləndirilib.

Amerika hakimiyyətinin versiyasına görə, MANPADS-lar Çindən İrana tədarük edilib və bu prosesdə Belarus şirkətindən vasitəçi kimi istifadə olunub.

Məryəm Quliyeva