Reuters: Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb Dünya

Reuters: Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücum Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə apardığı danışıqlardan bir neçə saat sonra baş verib.

Kiyevdə partlayış səsləri eşidilib. Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərinin yerli hakimiyyəti isə PUA hücumu nəticəsində bir nəfərin həlak olduğunu açıqlayıb.

Hücum fonunda Ukraynanın böyük hissəsində hava həyəcanı elan edilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, paytaxt ballistik raketlərlə hədəfə alınıb.

“Paytaxta ballistik raketlərlə hücum edilir. Hava həyəcanı başa çatana qədər təhlükəsiz yerlərdə qalın”, – deyə o bildirib.

"Reuters" qeyd edir ki, bu, Rusiyanın cari həftə ərzində Kiyevə ikinci hava hücumudur. Bazar ertəsi həyata keçirilən genişmiqyaslı hücum nəticəsində 10 nəfər ölüb, Ukraynanın mənəvi və mədəni irsinin simvollarından sayılan minillik monastır ciddi ziyan görüb.