Rusiya MN: Gecə ərzində Ukraynanın 555 pilotsuz uçuş aparatı məhv edilib Dünya

Rusiya MN: Gecə ərzində Ukraynanın 555 pilotsuz uçuş aparatı məhv edilib

Rusiyanın hava hücumundan müdafiə (HHM) vasitətləri gecə ərzində Ukraynanın 555 pilotsuz uçuş aparatını (PUA) vurub və zərərsizləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

"Ötən gecə ərzində növbətçi HHM vasitələri ilə Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Vladimir, Kaluqa, Kursk, Lipetsk, Oryol, Smolensk, Tambov, Tver, Tula, Rostov, Ryazan vilayətləri, Moskva regionu, Krım Respublikası əraziləri və Azov dənizi akvatoriyası üzərində Ukraynaya məxsus təyyarə tipli 555 pilotsuz uçuş aparatı tutularaq məhv edilib", — deyə nazirlikdən bildirilib.

Məryəm Quliyeva