Terrorçulara ağır zərbə Dünya

Terrorçulara ağır zərbə

Ukrayna Silahlı Qüvvələrinin aviasiyası "Marinovka" sərhəd buraxılış məntəqəsinə hücum etmiş terrorçulara iki dəfə zərbə endirib.
Aviasiya zərbəsindən sonra terrorçular pərən-pərən düşüb. Donetsk ərazisində yerləşən "Marinovka" buraxılış məntəqəsində hücum edənlərə əks zərbə onları geri çəkilməyə vadar edib.
Ukraynanın Dövlət sərhəd xidmətinin mətbuat xidməti terrorçular tərəfindən xeyli sayda itkilər olduğu haqda məlumat yayıb. Donetsk vilayətində Ukrayna hərbçiləri 15 separatçını məhv edib. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko deyib.
Onun sözlərinə görə, bu gecə Donetsk vilayətində sərhəd mühafizə məntəqəsində separatçılarla Ukrayna hərbçiləri arasında qızğın döyüşlər gedib. Atışmalar zamanı 15 separatçı öldürülüb. Döyüşlər zamanı ordu qüvvələri bir neçə BTR ələ keçirib.
Öldürülmüş separatçıların cəsədi Donetsk vilayətinin Snejnoe şəhərindəki xəstəxanalardan birinə aparılıb.