Latviya Belarusla sərhədi tam bağlamaq imkanını nəzərdən keçirir Dünya

Latviya Belarusla sərhədi tam bağlamaq imkanını nəzərdən keçirir

Litva Baş naziri Andris Kulberqs respublikanın Belarusla sərhədi tamamilə bağlamaq məsələsinə baxacağını bəyan edib

Xalqcebhesi.az xəbər verir ki, bu barədə onun sözlərini Latviyanın "LETA" xəbər portalı sitat gətirir.

"Ölkə təhlükəsizliyi möhkəmləndirmək və miqrasiya təzyiqini azaltmaq üçün mövcud olan bütün həll yollarından istifadə etməlidir", — deyə Kulberqs bildirib.

O dəqiqləşdirib ki, Latviya DİN-i respublika hökumətinə Belarusla sərhədi tamamilə bağlamağı təklif edib və bu məsələyə avqustun 4-də keçiriləcək iclasda baxılacaq. Lakin bütün qərarlar faktlara və statistikaya əsaslanmalıdır.

Məryəm Quliyeva