Liberiya bayrağı altında üzən gəmiyə Oman sahillərində hücum edilib
Nazir Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənildiyini deyib
Türkiyə Qara dənizdə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıb
Nazir: ATƏT minatəmizləmə sahəsində Azərbaycana dəstək göstərə bilər
13:20
448
Hindistan Hökuməti Vişveş Neqini İrana yeni səfir təyin edib.
Xalqcebhesi.az -ın xəbərinə görə, ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, hazırda nazirliyin birgə katibi vəzifəsini tutan diplomat yaxın vaxtlarda Tehranda öz vəzifəsinin icrasına başlayacaq.
Neqi bu vəzifədə Hindistanın Türkiyəyə səfiri təyin olunmuş Rudra Qaurav Şresthanı əvəz edəcək. Hindistan diplomatik missiyasının yeni rəhbəri beynəlxalq təhlükəsizlik, müdafiə əməkdaşlığı, Pakistanla əlaqələr, həmçinin BMT çərçivəsində çoxbucaqlı diplomatiya sahəsində zəngin təcrübəyə malikdir.
Gözlənilir ki, onun təyinatı Hindistan və İran arasında energetika, ticarət, nəqliyyat əlaqələri və regional təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişaf etməsinə töhfə verəcək.
Məryəm Quliyeva