Liberiya bayrağı altında üzən gəmiyə Oman sahillərində hücum edilib
Nazir Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənildiyini deyib
Türkiyə Qara dənizdə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıb
Nazir: ATƏT minatəmizləmə sahəsində Azərbaycana dəstək göstərə bilər
13:26
364![]()
Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani Misir, İordaniya, BƏƏ və Qətərin XİN rəhbərləri ilə telefon danışıqları aparıb.
Xalqcebhesi.az xəbər verir ki, iclas zamanı tərəflər ikitərəfli əməkdaşlığı və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Xüsusi diqqət regionda gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi səylərinə, habelə mövcud böhranların diplomatik yolla həlli zərurətinə yönəldilib. Bundan əlavə, həmsöhbətlər Hörmüz boğazında və beynəlxalq sularda gəmiçilik azadlığının təmin edilməsini müzakirə edərək, beynəlxalq hüquq normalarına uyğun olaraq gəmilərin təhlükəsiz hərəkətinin bərpa edilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər, həmçinin mühüm regional və beynəlxalq məsələlər üzrə ərəb ölkələrinin növbəti koordinasiyasının zəruriliyini qeyd ediblər.
Məryəm Quliyeva