İran və Oman Hörmüz boğazı ilə bağlı sazişə yaxınlaşırlar Dünya

İran və Oman Hörmüz boğazı ilə bağlı sazişə yaxınlaşırlar

İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpa olunmasına dair sazişin bağlanmasına yaxınlaşırlar. Bu saziş Tehranın beynəlxalq su yolu üzərindəki nəzarətini möhkəmləndirə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

Hazırlanan sazişin şərtləri ilə tanış olan rəsmi şəxslərin bildirdiyinə görə, Fars körfəzinə doğru istiqamətlənən gəmilər İran sahilləri yaxınlığındakı Tehranın nəzarətində olan zonadan keçəcəklər. Eyni zamanda, körfəzi tərk edən gəmilər isə Omanın yaxınlığından keçən hissə ilə hərəkət edəcəklər. İran rəsmiləri bildirirlər ki, "keçid haqqı" tutulmayacaq, lakin sazişə gəmiçiliyin ekoloji xərclərini, yük gəmilərinin təhlükəsizliyinin təmin edilməsini, habelə personalın əməkhaqqını ödəyəcək "xidmət haqqı" daxildir. İki İran rəsmisinin sözlərinə görə, gəlirlər İran və Oman arasında bərabər bölünəcək.

Məryəm Quliyeva