Avqust ayının ilk maqnit fırtınası başa çatıb Dünya

Avqust ayının ilk maqnit fırtınası başa çatıb

Avqustun 2-də Yerdə başlayan maqnit fırtınası tamamilə bitib, onun yenidən başlama riskləri aradan qalxıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

"Yerdə maqnit fırtınası başa çatdı. Əslində, fırtınanın əsas fazası hələ iki gün əvvəl, bazar günü — başladığı vaxtlarda bitmişdi, lakin bundan sonra bir sutkadan çox davam edən qalıq narahatlıqlar yekun vurmağa imkan vermirdi. Hazırda fəallığın bərpa olunması ilə bağlı bütün risklər aradan qalxıb və hadisənin başa çatdığını tam əminliklə yazmaq olar", — deyə məlumatda bildirilir.

Məryəm Quliyeva