“Azərbaycan-Ukrayna münasibətləri yüksək səviyyəli siyasi dialoq üzərində qurulub”
Vaşinqton Bəyannaməsi: Azərbaycan və onun liderinin sülh strategiyasının nəticəsi - TƏHLİL
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi pakt imzaladı
İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidini bağlayır
13:48
721
Avstraliya ABŞ-dən Hərbi Hava Qüvvələri üçün ən son "hava-hava" tipli AIM-260A JATM (Joint Advanced Tactical Missile) taktik raketlərinin alınmasına 492,5 milyon dollar (700 milyon Avstraliya dollarından çox) vəsait ayırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Riçard Marlz "X" sosial şəbəkəsində məlumat verib.
"Avstraliya ABŞ-dən kənarda bu müasir uzunmənzilli "hava-hava" raketlərini istifadə edən ilk ölkə olacaq", - deyə Marlz qeyd edib. Təxminən 450 belə raketin çatdırılma müddəti barədə məlumat verilmir.
İlkin olaraq "Lockheed Martin" korporasiyası tərəfindən hazırlanan AIM-260A JATM raketinin 2022-ci ildə silahlanmaya qəbul edilməsi planlaşdırılırdı. Lakin proqramın icrası çətinliklərlə üzləşib. Son məlumatlara görə, yeni raketlər qoşunlara 2026–2027-ci illərdə daxil olmağa başlayacaq.
Avstraliya Hərbi Hava Qüvvələri üç eskadrilya və bir təlim-məşq bölməsi arasında paylanmış 72 ədəd F-35A qırıcısına malikdir.
Məryəm Quliyeva