11:03
1 001
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi alyansın yaradılması haqqında saziş imzalamaq niyyətindədir.
Xalqcebhesi.az "TRT Haber"ə istinadən xəbər verir ki, sənədin cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanması planlaşdırılır.
Sazişin təfərrüatları hələlik məlum olmasa da, tərəflərin regional böhranların, o cümlədən Yaxın Şərqdəki vəziyyətin tənzimlənməsi üzrə səyləri əlaqələndirməyi planlaşdırdığı qeyd olunur.
Telekanal vurğulayır ki, Ankara bu sazişin imzalanmasını regional təhlükəsizlik baxımından mühüm hadisə kimi qiymətləndirir. Nüvə silahına malik yeganə İslam ölkəsi olan Pakistanın bu alyansda iştirak etməsi isə birliyə xüsusi çəki qazandırır.
Məryəm Quliyeva