İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidini bağlayır Gündəm

İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidini bağlayır

İran parlamenti ABŞ və İsrail ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçidinin qadağan olunmasını nəzərdə tutan qanun layihəsinə baxır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin (Məclis) rəyasət heyətinin üzvü Əlirza Səlimi məlumat verib.

"Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında" qanun layihəsinin mətni hazırda Milli Təhlükəsizlik Komitəsində baxılır", — deyə "Tasnim" agentliyi onun sözlərindən sitat gətirib. Səliminin qeyd etdiyinə görə, layihəyə əsasən "ABŞ, İsrail və düşmən hesab edilən digər dövlətlərə məxsus gəmilərin" Hörmüz boğazından keçidi qadağan ediləcək.

Səlimi göstərib ki, İrana zərər vurmuş ölkələr dəymiş ziyan tam ödənilənədək Hörmüz boğazı və Fars körfəzindən keçid icazəsi ala bilməyəcəklər.

Məryəm Quliyeva