14:44
784
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaqın yaradılması haqqında pakt imzalayıblar. Sənədi Türkiyə prezidenti Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud və Pakistanın baş naziri Şahbaz Şərif imzalayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat verib.
Telekanalın Ankaradakı mənbələrinin məlumatına görə, tərəflər hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi, regional böhranların, o cümlədən Yaxın Şərqdəki vəziyyətin tənzimlənməsi üzrə səyləri əlaqələndirməyi və kəşfiyyat məlumatları mübadiləsi aparmağı planlaşdırırlar.
Bir sıra ölkələrdə "İslam NATO-su" adlandırılan alyansın yaradılması ilə bağlı danışıqlar keçən ilin sonundan aparılırdı. Bu əməkdaşlığın istiqamətlərindən biri Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyənin beşinci nəsil "Kaan" qırıcı təyyarəsinin yaradılması proqramına qoşulması ola bilər.
Məryəm Quliyeva