Altay Bayındır karyerasını İspaniyada davam etdirəcək İdman

Altay Bayındır karyerasını İspaniyada davam etdirəcək

“Mançester Yunayted”in qapıçısı Altay Bayındır karyerasını İspaniyada davam etdirəcək.

28 yaşlı qolkiper “Selta”ya icarəyə verilib.

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 6 oyunda meydana çıxıb.