“Azərbaycan-Ukrayna münasibətləri yüksək səviyyəli siyasi dialoq üzərində qurulub”
Vaşinqton Bəyannaməsi: Azərbaycan və onun liderinin sülh strategiyasının nəticəsi - TƏHLİL
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi pakt imzaladı
İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidini bağlayır
14:33
364
İngiltərə millisinin və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun futbolçusu Ayvan Toniyə cinayət işi açılıb.
“TalkSport” xəbər verir ki, 30 yaşlı hücumçu 2025-ci il dekabrın 6-da Londonun gecə klublarından birində baş verən insident zamanı bir nəfərə bədən xəsarəti yetirməkdə ittiham olunur.
Məlumata görə, insidentdən əvvəl zərərçəkən şəxs futbolçu ilə selfi çəkdirmək məqsədilə onun boynundan tutmağa çalışıb. Toni isə ona baş zərbəsi endirib.
Hadisədən sonra həmin şəxsə tibbi yardım göstərilib. London Polisi iyulun 31-də futbolçuya rəsmi ittiham irəli sürüldüyünü açıqlayıb. O, sentyabrın 24-də Vestminster Magistrat Məhkəməsi qarşısına çıxacaq.
Qeyd edək ki, Ayvan Toni 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində çıxış edib və Fransa ilə üçüncü yer uğrunda keçirilən, komandasının 6:4 hesablı qələbəsi ilə başa çatan görüşdə start heyətində yer alıb.