İran Hörmüz boğazının açılması üçün ABŞ-yə şərtlərini açıqlayıb Gündəm

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə şərtlərini açıqlayıb

İran Birləşmiş Ştatlar onun şərtlərini yerinə yetirənədək Hörmüz boğazını açmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bəyan edib.

"Amerika tərəfi öz qanunsuz və dağıdıcı əməllərini dayandırmalı və təqsirini yumaq üçün addımlar atmalıdır", – deyə o bildirib.

Dəqiqləşdirilir ki, İran ABŞ-dən blokadanı qaldırmağı, bir neçə ay davam edən müharibə ərzində vurulmuş zərərə görə təzminat ödəməyi, iqtisadi sanksiyaları ləğv etməyi və İranın dondurulmuş aktivlərini blokdan çıxarmağı tələb edir.

Bununla yanaşı, İran boğazdan tranzit məsələsi, o cümlədən müvəqqəti dəniz dəhlizinin yaradılması imkanları üzrə Omanla ayrı-ayrı danışıqlar aparır. Lakin İran hərəkətin faktiki bərpasının ABŞ ilə danışıqlardan asılı olduğunu bəyan edib.

Məryəm Quliyeva