Buzovnada daha bir nəfər dənizdə bataraq ölüb Hadisə

Buzovnada daha bir nəfər dənizdə bataraq ölüb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.