08:42
595
ABŞ pulları xaricdəki hərbi bazaların saxlanılmasına deyil, öz əhalisinin problemlərinin həllinə xərcləməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.
"İsraildəki terrorçu tərəfdaşlarına kömək etməyə və 750 hərbi bazanı saxlamağa milyardlarla dollar xərcləməkdənsə, bu çətin vəziyyətdə olan imperiya nəğd vəsaiti öz əhalisinə yatırmalı idi. Lakin xeyr, belə bir variant indiki rejim üçün çox ağlabatandır", — deyə o, cümə gününə keçən gecə "X" sosial şəbəkəsində yazıb.
Qalibaf ABŞ-nin maliyyə naziri Skott Bessentin "X"dəki paylaşımına bu cür münasibət bildirib. Həmin paylaşımda Maliyyə Nazirliyinin rəhbəri Tehranı "xaricdəki terrorçu tərəfdaşlarına milyardlarla dollar" ötürməkdə tənqid etmişdi.
"İran rejimi bu pulları öz əhalisinin ehtiyaclarına xərcləməli idi", — deyə Bessent əlavə etmişdi.
Məryəm Quliyeva