08:21
350
ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində Birləşmiş Ştatlar liderlərinin şəxsi reytinqini dərc edərək özünü bu siyahının əvvəlində, ayrı bir "Ən böyüklər" kateqoriyasında yerləşdirib.
Xalqcebhesi.az xəbər verir ki, o, Avraam Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonu "Böyüklər" sırasına aid edib.
"Ən pis" liderlər arasında isə Trampın hər iki xələfi — Co Bayden və Barak Obama, eləcə də Uliss Qrant, Uorren Hardinq və Cimmi Karter yer alıb.
Məryəm Quliyeva