ABŞ fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub İqtisadiyyat

ABŞ fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

ABŞ və Asiya fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub, Avropa indeksləri isə son ticarət sessiyasını əsasn enişlə başa vurub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 105,56 bənd və ya 0,20% artaraq 53 569,44 bəndə, S&P 500 55,29 bənd və ya 0,72% yüksələrək 7 730,99 bəndə, Nasdaq Composite isə 411,15 bənd və ya 1,57% artaraq 26 541,35 bəndə çatıb. NYSE Composite 93,04 bənd və ya 0,38% azalaraq 24 649,03 bəndə düşüb. Kanadanın S&P/TSX Composite indeksi 20,60 bənd və ya 0,06% artaraq 36 834,25 bənd təşkil edib.

Avropada Euro Stoxx 50 46,01 bənd və ya 0,71% azalaraq 6 424,73 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 85,58 bənd və ya 0,79% geriləyərək 10 792,54 bəndə düşüb. Almaniyanın DAX indeksi 81,28 bənd və ya 0,31% artaraq 26 367,24 bəndə yüksəlib. Fransanın CAC 40 indeksi 142,52 bənd və ya 1,68% azalaraq 8 319,87 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 185,70 bənd və ya 0,93% geriləyərək 19 881,60 bəndə düşüb.

Asiya-Sakit okean regionunda Nikkei 225 550,90 bənd və ya 0,83% artaraq 66 682,88 bəndə, TOPIX 35,16 bənd və ya 0,85% yüksələrək 4 152,38 bəndə, Hang Seng 83,18 bənd və ya 0,33% artaraq 25 648,92 bəndə çatıb. Çinin CSI 300 indeksi 8,47 bənd və ya 0,18% azalaraq 4 621,81 bəndə düşüb. S&P/ASX 200 0,41% artaraq 9 075,70 bəndə, MSCI AC Asia Pacific isə 0,30% yüksələrək 277,68 bəndə çatıb.

Analitiklərə görə, ABŞ bazarındakı yüksəlişə “Nvidia”nın güclü gəlir proqnozu və səhmlərinin 8,7% bahalaşması fonunda texnologiya sektorunda alışların artması əsas dəstək verib. Avropada isə xüsusilə Fransanın maliyyə və siyasi vəziyyəti ilə bağlı narahatlıqlar indekslərə təzyiq göstərib.