CENTCOM: Hörmüz boğazı minalardan tam təmizləndi Dünya

CENTCOM: Hörmüz boğazı minalardan tam təmizləndi

Amerikalı hərbçilər Hörmüz boğazındakı bütün minaları zərərsizləşdiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.

"Biz bir neçə ay əvvəl SEPAH tərəfindən Körfəzdəki beynəlxalq ticarət marşrutlarına yerləşdirilmiş dəniz minalarını uğurla zərərsizləşdirdik", — deyə o, komandanlığın "X" səhifəsində dərc olunan müraciətində bildirib.

Bununla belə, bu həftənin əvvəlində "Bloomberg" agentliyi xəbər verib ki, Birləşmiş Ştatların müttəfiqləri Vaşinqtonun əksini iddia edən bəyanatlarına baxmayaraq, Hörmüz boğazında hələ də minaların qaldığını düşünürlər.

Məryəm Quliyeva