08:30
840
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Yaxın Şərq regionunda 50 min amerikalı hərbi qulluqçunun yerləşdirildiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Kuperin video müraciəti Mərkəzi Komandanlığın "X" səhifəsində dərc olunub.
"ABŞ-nin Yaxın Şərqdəki iki missiyası üzrə əməliyyat hesabatını təqdim edirəm. Regiondakı 50 min hərbçimizin çoxu İranın dəniz blokadasının saxlanılması və Hörmüz boğazı vasitəsilə kommersiya daşımalarının dəstəklənməsi istiqamətində müstəsna işlər görür", — deyə o bildirib.
Kuper əlavə edib ki, iyulun ortalarında bərpa olunduğu vaxtdan bəri İranın dəniz blokadasını "minlərlə amerikalı hərbçi, 20-dən çox hərbi gəmi və yüzlərlə hava gəmisi" təmin edir.
Məryəm Quliyeva