Dünya bazarında neft ucuzlaşmaqda davam edib İqtisadiyyat

Dünya bazarında neft ucuzlaşmaqda davam edib

Dünya əmtəə bazarlarında neft qiymətləri ucuzlaşıb.

“APA-Economics” xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,34 dollar və ya 0,38% azalaraq 89,36 ABŞ dollarına düşüb.
ABŞ-nin WTI markalı neftinin oktyabr fyuçersləri isə 0,32 dollar və ya 0,38% ucuzlaşaraq 83,21 dollar təşkil edib.

Həftəlik hesablamada isə “Brent” təxminən 5,3%, WTI isə 4,3% ucuzlaşıb.
Analitiklər neftin ucuzlaşmasını Hörmüz boğazının yenidən açılması istiqamətində diplomatik səylərin güclənməsi və bunun tədarük risklərini azalda biləcəyi gözləntiləri ilə əlaqələndirirlər.