Ağ Ev: ABŞ hələlik İranla danışıqlar aparmır Gündəm

Ağ Ev: ABŞ hələlik İranla danışıqlar aparmır

ABŞ Prezidenti Donald Tramp administrasiyası münaqişənin dinc yolla nizamlanması üçün hələlik İranla danışıqlar aparmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bəyan edib.

"Hazırda danışıqlar aparılmır və bu vəziyyət Prezident onların (İranın) danışıqlar masası arxasında əyləşməyə və ciddi müzakirələr aparmağa hazır olduğunu hiss edənədək davam edəcək", - deyə o, "Fox News" telekanalının efirində bildirib.

Livitt əlavə edib ki, danışıqların bərpası barədə yekun qərar Trampın öhdəsindədir.

Məryəm Quliyeva