Ər-Riyad husilərlə münaqişənin diplomatik yolla həllini istisna etməyib Gündəm

Ər-Riyad husilərlə münaqişənin diplomatik yolla həllini istisna etməyib

Ər-Riyad Yəməndə məskunlaşan husilərlə kəskinləşən münaqişənin diplomatik yolla tənzimlənməsi imkanını istisna etmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bildirib.

"Diplomatiya yolu bağlı deyil. Səudiyyə Ərəbistanı hər zaman diplomatik həll yollarının tərəfdarı olacaq. Bununla belə, ölkə özünü və maraqlarını hər zaman qətiyyətlə qoruyacaq. Biz bu iki vəzifənin hər ikisini yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik", — deyə "Al Jazeera" onun sözlərindən sitat gətirir.

Eyni zamanda, husilərin son vaxtlar Səudiyyə ərazisini atəşə tutmasını şərh edən nazir vurğulayıb ki, "bu, husilərin tab gətirə bilməyəcəyi nəticələrə gətirib çıxaracaq".

Məryəm Quliyeva