Lukaşenko: Belarus ABŞ ilə istənilən məsələni müzakirə etməyə hazırdır Gündəm

Lukaşenko: Belarus ABŞ ilə istənilən məsələni müzakirə etməyə hazırdır

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin respublika üzrə xüsusi nümayəndəsi Con Koul ilə danışıqlar zamanı Minsk daxil olmaqla istənilən məsələni Vaşinqtonla müzakirə etməyə açıq olduğunu, lakin razılaşmalara dəqiq riayət olunmasını gözlədiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Belarus liderinin "Pul Pervoqo" teleqram kanalı məlumat yayıb.

"Biz istənilən məsələni müzakirə etməyə açığıq. Yeganə şey - bu bir tələb deyil, sizdən xahişimdir ki, həm bizim tərəfimizdən, həm də Amerika Birləşmiş Ştatları tərəfindən razılaşmalara dəqiq riayət edək", — deyə o, bildirib.

Lukaşenko əlavə edib ki, tərəflər "iqtisadi münasibətlər sahəsinə toxunan xeyli razılaşmalar əldə ediblər".

Məryəm Quliyeva