17:39
637
Ukrayna nümayəndə heyəti cümə günü ABŞ-də Donald Tramp administrasiyasının nümayəndələri ilə danışıqlar keçirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" agentliyi məlumat yayıb.
Kiyevin danışıqlar komandasına Volodimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanov, onun müavini Serhiy Kislitsa, Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının lideri David Arahamiya və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov daxildir.
ABŞ-ni Stiven Uitkoff və Cared Kuşner təmsil edəcəklər. Agentlik əlavə edir ki, görüşdə həmçinin ABŞ - Rusiya - Ukrayna üçtərəfli görüşünün keçirilməsi imkanları müzakirə olunacaq.
Məryəm Quliyeva