Ərdoğan: İsrail Qəzzanı dünyanın ən böyük həbs düşərgəsinə çevirib
Beynəlxalq səyyahlar Xudavəng monastır kompleksini ziyarət edib - FOTO
M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
13:05
490
HƏMAS rəhbərliyi son üç il ərzində İsrail ordusuna müqavimət göstərmək qabiliyyətini özünün qələbəsinin sübutu kimi qiymətləndirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti İsrail təhlükəsizlik xidmətinin yüksəkrütbəli nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail hazırda Qəzza zolağı ərazisinin təxminən 70%-nə nəzarət edir, lakin HƏMAS bu nəzarəti müvəqqəti hesab edir və özünü məğlub olmuş tərəf saymır.
Qeyd olunur ki, təşkilat İsrail ordusunun Qəzza şəhərində ehtimal olunan quru əməliyyatına fəal şəkildə hazırlaşır. Hazırlıq çərçivəsində HƏMAS yeni döyüşçülərin cəlb edilməsi, silahların paylanması, müdafiə tunellərinin tikintisi, partlayıcı qurğuların hazırlanması və yaxınmənzilli raketlərin istehsalı ilə məşğuldur.
Bu fonda İsrail Ordusunun Cənub Komandanlığı, hərbi kəşfiyyat, Hərbi Hava Qüvvələri və Təhlükəsizlik Xidməti (ŞABAK) döyüşçülərə, habelə HƏMAS-ın infrastrukturunu bərpa edənlərə qarşı əməliyyatları intensivləşdirib. Həmçinin təşkilatın hərbi infrastrukturunu məhv etmək üçün Qəzza şəhərində miqyaslı quru əməliyyatının keçirilməsi imkanı nəzərdən keçirilir. Nəşrin məlumatına görə, hücum qaçılmaz ola bilər, lakin müvafiq qərarın İsraildəki seçkilərdən sonra veriləcəyi gözlənilir.
Məryəm Quliyeva