13:38
749![]()
Polşada ABŞ Silahlı Qüvvələrinin daimi bazasının yaradılması üçün bir neçə il tələb olunacaq, çünki ilk növbədə onun üçün müvafiq infrastrukturu tikmək lazımdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç bəyan edib.
"Müddət çərçivəsi zəruri infrastrukturun tikintisi üçün nə qədər vaxt tələb olunacağından asılı olacaq. Deyərdim ki, buna illər lazımdır", - deyə o, Polşanın "TVP World" telekanalına müsahibəsində bildirib.
Qrinkeviçin sözlərinə görə, ABŞ hərbçilərinin daimi iştirakı onların ailələrinin də köçməsini nəzərdə tutur, bu isə məktəblərin, xəstəxanaların və yaşayış üçün zəruri olan digər obyektlərin yaradılması deməkdir.
Məryəm Quliyeva