Gürcüstan 100-dən çox əcnəbini deportasiya edib Dünya

Gürcüstan 100-dən çox əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 112 əcnəbini deportasiya ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

DİN-in məlumatına görə, Gürcüstandan Azərbaycan, Ermənistan, Banqladeş, Burundi, Vyetnam, Misir, İordaniya, Hindistan, İraq, Keniya, Livan, Mərakeş, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan və digər ölkələrin vətəndaşları çıxarılıb.

Deportasiya olunan şəxslərin Gürcüstana girişi qadağan edilib.

Məryəm Quliyeva