15:03
574
Avropa Komissiyası Vaşinqtondan Kiyevə kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması barədə bildiriş almayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Brüsseldə keçirilən brifinqdə bildirib.
"Xeyr, biz bu məlumat haqqında heç nə bilmirik", - deyə o, Avropa Komissiyasının ABŞ-dən Kiyevə kəşfiyyat məlumatlarının verilməsinin dayandırılması ilə bağlı hər hansı formada bildiriş alıb-almaması sualını cavablandırarkən bəyan edib.
Məryəm Quliyeva