ICESCO-nun Qarabağa göndərdiyi texniki missiyanın hesabatı Azərbaycan hökumətinə təqdim edilib
Nazir: Tacikistan Bakı prosesinin məqsəd və prinsiplərinə sadiqdir
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Finlandiya Prezidenti və Norveç Baş naziri Putinlə telefon danışığı aparıblar
Çin Trampın Braziliya seçkiləri ilə bağlı tənqidlərinə cavab verib
15 Oktyabr 13:58
1 687
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatı tərəfindən çəkilmiş 1,5 kilometr uzunluğunda yeraltı tuneli məhv ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağının cənub hissəsində mühəndis bölmələri "Yahalom" xüsusi təyinatlı dəstəsi ilə birgə "sarı xətt"in altından keçən təxminən 1,5 km uzunluğundakı yeraltı tuneli bloklayaraq məhv ediblər. Tunelin daxilində HƏMAS terrorçularının istifadəsi üçün nəzərdə tutulmuş otaqlar aşkar edilib", - deyə bəyanatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, ordu bölmələri "atəşkəs razılaşmasına uyğun olaraq Qəzza zolağının bu ərazisində yerləşdirilib" və "hər hansı birbaşa təhdidin aradan qaldırılması məqsədilə fəaliyyətini davam etdirəcək".
Məryəm Quliyeva