Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
17 Oktyabr 17:49
17 Oktyabr 17:49
16 Oktyabr 17:33
08:18
546
İranın Xarici İşlər naziri Abbas Əraqçi bəyan edib ki, ABŞ İslam Respublikasına qarşı yeni hücumlar həyata keçirməyə cəhd edə bilər, lakin o, qaçılmaz cavab tədbirləri barədə xəbərdarlıq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Əraqçi "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Keçən dəfə siz "işi sona çatdırmaq" istədikdə, İran yalnız daha da gücləndi. Bəxtinizi bir daha sınamaq istəyirsiniz? Buyurun. Amma ehtiyatlı olun: bizim də yarımçıq qalmış işlərimiz var", - deyə o bildirib.
İran XİN rəhbəri həmçinin iddia edib ki, İsrailin Baş naziri Binyamin Netanyahu məhkəmə təqibindən yayınmaq üçün ABŞ-ni yeni hücumlar etməyə təhrik edir. "Netanyahu ABŞ-ni növbəti müharibəyə sürükləyir ki, hətta ABŞ prezidentini belə qoyub kənara, İsrail üçün nəticələrin nə olacağından asılı olmayaraq həbsxanaya düşməsinin qarşısını alsın", - deyə o qeyd edib.
Əraqçinın bu bəyanatı Trampın Tehran kursunu dəyişməyəcəyi təqdirdə ABŞ-nin İrana qarşı "işi tezliklə bitirə biləcəyi" barədə xəbərdarlığından və bazar günü Netanyahunun yenidən Baş nazir seçilməsini tam dəstəklədiyini bildirməsindən sonra səslənib.
Məryəm Quliyeva