ABŞ-də 100 min ukraynalı qaçqın müvəqqəti müdafiə statusunu hələlik saxlayacaq Dünya

ABŞ-də 100 min ukraynalı qaçqın müvəqqəti müdafiə statusunu hələlik saxlayacaq

Ukraynadan olan təxminən 100 min qaçqın "müvəqqəti müdafiə olunan şəxslər" (TPS) statusunun müddətinin bitməsinə baxmayaraq, hələlik deportasiya olunmaq qorxusu olmadan ABŞ-də yaşamaq və işləmək hüququnu saxlayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) məlumatlarına istinadən məlumat yayıb.

Rəsmi olaraq ukraynalılar üçün bu statusun müddəti bazar ertəsi, oktyabrın 19-da başa çatmalı idi. Lakin telekanalın qeyd etdiyinə görə, nazirlik yekun qərarın "müvafiq vaxtda veriləcəyini" bildirib. Qurumdan əlavə edilib ki, belə bir qərar elan olunana qədər Ukrayna vətəndaşları "müvəqqəti müdafiə olunmuş şəxslər" statusu çərçivəsində deportasiyadan müdafiəni saxlayırlar.

ABŞ Prezidenti Donald Trampın administrasiyası müvəqqəti xarakter daşımasına baxmayaraq çox tez-tez uzadılan bu proqramı qanunsuz immiqrantlar üçün "amnistiya" adlandırıb. Son bir il yarım ərzində hakimiyyət orqanları Əfqanıstan, Haiti və Venesuela da daxil olmaqla, ondan çox ölkədən olan 1 milyondan çox immiqrantı müvafiq statusdan məhrum edib.

Məryəm Quliyeva