Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
17 Oktyabr 17:49
17 Oktyabr 17:49
16 Oktyabr 17:33
08:12
504
Şənbə və bazar günləri Milanın mərkəzində yaşayış minimumunun baha olmasından və xidmət keyfiyyətindən narazı olan yüzlərlə insan iğtişaşlarda iştirak edib, 200-dən çox şəxs polis bölmələrinə aparılıb, etirazçılar arasında çoxlu sayda azyaşlı var.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İtaliya KİV-ləri məlumat yayıb.
"Şəhərdə baş verən yeni iğtişaşlarla əlaqədar bazar günü Milanda 200-dən çox şəxs polis bölmələrinə gətirilib, onların təxminən 80%-i azyaşlılardır", - deyə "RAI News 24" məlumat verib.
Telekanal qeyd edir ki, toqquşmalar şənbə günü başlayıb. Bazar günü günorta saatlarında Milanın Məbəd meydanı (Piazza del Duomo) ərazisində KİV-in qiymətləndirmələrinə görə 2 minədək insan toplanıb. Əksəriyyəti qara geyimli və kapüşonlu olan şəxslər mağazaların, restoranların vitrinlərini sındırıb, küçə skamyalarını korlayıb, stul və daşlar atıb, zibil qutularını yandırıblar.
Polis xüsusi vasitələrdən və su şırnaqlarından istifadə etməklə cavab verib. Günün sonuna yaxın vəziyyət nəzarətə götürülüb. Duomo məbədi turistlər üçün adətən nəzərdə tutulduğundan daha tez bağlanıb, yaxınlıqdakı ticarət qalereyası isə mühasirəyə alınıb.
Bu arada, nəşrlər diqqəti ona yönəldir ki, İtaliyanın Baş naziri Corcia Meloni birinci gün ictimai qayda məsələləri ilə bağlı müşavirə keçirmək niyyətindədir.
Məryəm Quliyeva