"Biz Rusiya mülki əhalisi ilə müharibə aparmırıq “ Dünya

"Biz Rusiya mülki əhalisi ilə müharibə aparmırıq “

Müdafiə Qüvvələrimizə dərin ehtiramla baş əyirik! Bu, genişmiqyaslı, uğurlu və möhtəşəm bir hücum idi. Belə hücumlardan daha çox, hətta qat-qat çox olmalıdır. Təəssüf doğuran yeganə məqam odur ki, Rusiyanın radioelektron mübarizə vasitələri və hava hücumundan müdafiə sistemləri səbəbindən hələlik yalnız bir itki olub.

Bunu ukraynalı politoloq Valentin Hayday deyib.

"Ruslar daha çox əziyyət çəkməyə və müharibəni daha kəskin şəkildə hiss etməyə layiqdirlər – zirzəmilərdə oturmağa, gecəni metroda keçirməyə, ağlamağa və isterikaya qapılmağa layiqdirlər. Bununla belə, unutmayaq ki, biz Rusiya mülki əhalisi ilə müharibə aparmırıq. Foto və videolara əsasən deyə bilərik ki, Leninqrada endirilən zərbə qarşıya qoyulan məqsədlərə çatıb: liman, neft bazası, anbarlar, "VKontakte"nin məlumat mərkəzi və digər bir neçə hədəf vurulub. Qüvvələrimizə eşq olsun!" - o, deyib.

Cavid