Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
17 Oktyabr 17:49
17 Oktyabr 17:49
16 Oktyabr 17:33
08:32
539
ABŞ rəsmi olaraq Rusiyanın tərəfini tutarsa, Ukrayna tab gətirə bilməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "NBC News" telekanalına müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Vaşinqtonun belə bir addımı "tarixi səhv" olardı.
Zelenski ABŞ-nin Rusiya Prezidenti Vladimir Putini dəstəkləməsi ehtimalını "böyük faciə" adlandırıb. "The Hill" nəşrinin verdiyi məlumata görə, o, "illüziyalarla yaşamaq" istəmədiyini və Trampla komandasının Ukraynanın tərəfində və ya "ən azı neytral" olacağına ümid etdiyini əlavə edib. Bununla belə, Zelenski Ağ Ev rəhbərini hələ də müttəfiq hesab edir.
"Biz ona inanmaq istəyirik. Ümid edirəm ki, o, qərarlarını dəyişəcək, çünki düşünürəm ki, bütün bunlar səhvdir və nə bizə, nə də Birləşmiş Ştatlara kömək etməyəcək", - deyə o bildirib.
Məryəm Quliyeva