16:31
539
Fransa sakinləri yenidən genişmiqyaslı etiraz aksiyaları ilə küçələrə çıxırlar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə axşamı "Le Figaro" qəzeti məlumat yayıb.
Bütün ölkə üzrə 220 etiraz aksiyası planlaşdırılıb. Aksiyalarda 500-700 min nəfərin, o cümlədən 40-80 min nəfərin Parisdə iştirak edəcəyi gözlənilir.
Milli Təhsil Nazirliyinin məlumatına görə, ölkə üzrə müəllimlərin 16%-i tətilə çıxıb, ali təhsil müəssisələrinin 33%-nin fəaliyyəti pozulub.
Turnefey kommunasında (Oksitaniya regionu) etirazçılar bir liseyin binasını yandırıblar. Yanğın söndürülüb, xəsarət alan yoxdur.
Lionda da iğtişaşlar baş verib: "Qara blok" (Black Bloc) hərəkatının eyni tipli qara geyimdə olan və üzlərini maska ilə gizlədən 500-ə yaxın şəxslər məşğulluq agentliyinin vitrinlərini sındırıb və polislə toqquşmaya giriblər.
Cümə axşamı Fransada asayişin qorunmasına 70 min polis və jandarm cəlb olunub.
Məryəm Quliyeva