16:39
315
Moskva, o cümlədən Ankoricdə keçirilən görüşlər zamanı ABŞ-nin Ukrayna nizamlanması üzrə təklif etdiyi güzəştlərə razılaşıb, lakin görünən odur ki, Kiyev və Avropa hələlik hərbi əməliyyatların dayandırılması ilə bağlı sülh yolu ilə razılığa gəlmək istəmirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
"Güzəştlərə gəlincə, əlbəttə, güzəştlər var, necə olmaya bilər?! Bu kompromislər Amerika tərəfindən təklif edilib və biz dəyişməz şəkildə bu güzəştlərlə, o cümlədən Ankoricdə razılaşmışıq. Odur ki, onlar var və tərəfimizdən dəstəklənib", – deyə Putin cümə axşamı jurnalistlərə bildirib.
"Məsələ bundadır ki, münaqişənin digər tərəfləri - Ukrayna və ya, deyək ki, bu halda onların avropalı sponsorları bu güzəştlərlə razılaşmaq istəyirlərmi? Yəni onlar hərbi əməliyyatların, müharibənin dayandırılması üzrə sülh yolu ilə razılıq əldə etmək istəyirlər, yoxsa yox. Gördüklərimizdən belə nəticə çıxarmaq olar ki, hazırda xeyr. Baxarıq, hər şey axır, hər şey dəyişir", – deyə Rusiya lideri vurğulayıb.
Məryəm Quliyeva