Kreml: Rusiya və Ukrayna arasında əsir mübadiləsi yekun razılaşma mərhələsindədir Dünya

Kreml: Rusiya və Ukrayna arasında əsir mübadiləsi yekun razılaşma mərhələsindədir

Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi razılaşmanın yekun mərhələsindədir. Moskva mübadilənin yaxın vaxtlarda baş tutacağına ümid edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, hazırda hər iki ölkənin xüsusi xidmət orqanları mübadilə ediləcək şəxslərin siyahılarını dəqiqləşdirirlər.

Məryəm Quliyeva