Tramp və Kim Çen saziş imzaladı Dünya

Tramp və Kim Çen saziş imzaladı

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn Sinqapurda yekun sənədə imza atıblar. Həmin anı ABC kanalı canlı yayımlayıb. Hər iki lider yekun razılaşmanı "əhatəli sənəd" adlandırıblar. İmzalama mərasiminin gedişində Tramp dəfələrlə Kimə təşəkkür edib və danışıqları "fantastik" adlandırıb: "Münasibətlər (ABŞ və Şimali Koreya arasında-red) keçmişdəkindən fərqli olaraq dəyişəcək. Biz birlikdə işləmək istəyirik, bizim xüsusi əlaqəmiz yaranıb".
Şimali Koreya lideri müqaviləni "tarixi sənəd" adlandırıb. Kim Çenin sözlərinə görə, razılaşma yeni başlanğıcdan xəbər verir: "Biz böyük dəyişikliklər görəcəyik". Sammit çərçivəsində diqqət çəkən mənzərədən biri də Trampın Kimə öz limuzinini - "The Beast"i göstərməsi olub.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ prezidenti D.Trampla Şimali Koreya lideri Kim Çenin Sinqapurda tarixi görüşü Uzaq Şərqdə sülhə və təhlükəsizliyə xidmət edir. ABŞ-ın bir müddət Şimali Koreya ilə apardığı "arxa qapı" diplomatik danışıqlar nəhayət ki, Pxenyanı rəsmi masaya gətirə bildi. Bu danışıqların uğurlu alınmasında, məhz dövlət katibi Mayk Pompeonun xüsusi xidməti danılmazdı. Dövlət katibi olmamışdan əvvəl, CİA şefi kimi bir neçə dəfə Pxenyana səfər edərək, bu ölkə rəsmləri ilə ciddi və real nəticələrə aparan danışıqlara imza atıb.
Qeyd edək ki, Vaşinqton Şimali Koreya probleminə son verməklə, Çin ətrafında siyasi-iqtisadi və hərbi həlqə formalaşdırır. Danışıqlar fonunda Ağ Ev, Pxenyanı hər tərəfli dəstək verəcəyini, iqtisadi inkişaf üçün bütün zəruri addımları atacağını qeyd edib. Şimali Koreya rəhbərliyi ABŞ-la anlaşarsa, bu ölkə köhnə dünyadan yeni dünyaya qədəm qoyacaq. 60 ilə yaxın beynəlxalq birlikdən kənar qalan, Çinin və Rusiyanın "arxa bağçası" olan Şimali Koreya nəhayət ki, nüvə silahı siyasətindən əl çəkib, mədəni dünyaya açılarsa, region üçün, həmçinin koreya xalqının həyatında mühüm tarixi hadisə olacaq.
ABŞ hakmiyyətinin Şimali Koreya ilə sıx danışıqlar aparmaqda məqsədi Çinə qarşı yeni ittifaq yaratmaqdı. Çünki Çin Sarı dənizdə və iqtisadi müstəvidə ABŞ qarşı dirəniş göstərir və uzaq olmayan perspektivdə qarşıdurmaya gedəcəyi istisna deyil. Ona görədə Vaşinqton Rusiya və Çinin əsas müttəfiqi olan istənilən an ABŞ və onun müttəfiqlərinə qarşı nüvə silahı işlədə bilən Pxenyanı neytrallaşdırmaq əsas planıdır. Bu istiqamətdə aparılan danışıqların müsbətə doğru irəlləyəcəyi gözlənilir. Əgər, Kim Çen Pxenyandan Sinqapura gəlirsə, deməli razılaşmış məqamları rəsmləşdirməyə gəlib. Yekun sənədə imza atmaqla, Koreya yarmadasında 60 illik münaqişənin həllini sürətləndirəcək və böhrana son qoyacaq.