Erməni ekspertdən etiraf Dünya

Erməni ekspertdən etiraf

"Hökumət iqtisadiyyatı dirçəldə bilməyəcək"


Ermənistan iqtisadiyyatı inkişaf etmək əvəzinə, durmadan geriyə doğru yuvarlanır. Hökumətin isə bu geriləmənin qarşısını almağa gücü yetmir.
Bu etirafı "Ermənistanın kəndli-aqrar ittifaqı"nın sədri Qraçya Bərbəryan edib. Bildirib ki, Ermənistan iqtisadiyyatının ən pis durumda olan sahəsi kənd-təsərrüfatıdır. Ölkədə fermerlərlə təchizatçılar arasındakı problemlər hələ də həllini tapmayıb.
"Kənd-təsərrüfatı sahəsində ciddi islahatlara ehtiyac var. Amma hansısa səbəblərdən hökumət bu islahatlara heç başlamaq da istəmir. Əminliklə deyə bilərik ki, biz bu sahəni bir il də geriyə atdıq. Hazırkı kənd-təsərrüfatı nazirliyi isə ümumiyyətlə islahatlar həyata keçirməyə qadir deyil." – deyə Bərbəryan bildirib.
Erməni ekspert onu da vurğulayıb ki, baş nazir Nikol Paşinyanın təyin etdiyi kənd-təsərrüfatı nazirinin rəhbərlik etdiyi qurumun işindən ümumiyyətlə başı çıxmır və aqrar sahə üzrə bilikləri yoxdur. Onun fikrincə, ölkə iqtisadiyyatını ölü vəziyyətdən diriltmək üçün, heç bir təbii resursa və yerli kapitala malik olmayan Ermənistanda heç olmasa yüksək vəzifələrə, xüsusən də aqrar kimi strateji əhəmiyyətli sahələrə peşəkarlar gətirilməlidir. Əks təqdirdə, gələcəkdə daha ciddi problemlər yarana bilər.